Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 25,157 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,4 % azdır.
Təkcə iyulda Türkiyə Azərbaycana 5,146 milyon ABŞ dollarlıq tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 30,7 % çoxdur.
Hesabat dövründə Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1,4 % azalaraq 5 milyard 418 milyon ABŞ dollarına, iyulda isə 15,1 % artaraq 799 milyon ABŞ dollarına çatıb.