Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 20,01 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,9 % azdır.
Təkcə iyunda Türkiyə Azərbaycana 3,3 milyon ABŞ dollarlıq tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 20,7 % azdır.
Hesabat dövründə Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 3,8 % azalaraq 4 milyard 622 milyon ABŞ dollarına, iyunda isə 16 % azalaraq 646 milyon ABŞ dollarına enib.