Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 16,722 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,6 % azdır.
Təkcə mayda Türkiyə Azərbaycana 3,3 milyon ABŞ dollarlıq tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 23,8 % azdır.
Hesabat dövründə Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1,4 % azalaraq 3 milyard 977 milyon ABŞ dollarına, mayda isə 2,3 % artaraq 866 milyon ABŞ dollarına çatıb.