Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 46,086 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 % azdır.
Təkcə noyabrda isə Türkiyə Azərbaycana 4,698 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 8,5 % çoxdur.
Hesabat dövründə Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,8 % azalaraq 8 milyard 716 milyon ABŞ dollarına düşüb, noyabrda isə 6,8 % artaraq 856 milyon ABŞ dollarına çatıb.