Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 16 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 13,1 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrünə nisbətən 16,2 % çoxdur. Türkiyənin Azərbaycana taxıl, paxlalılar, yağlı toxumları və onun məhsulları ixracı ümumi ixracının 9 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi taxıl, paxlalılar, yağlı toxumları və onun məhsulları ixracının dəyəri illik müqayisədə 5,4 % artaraq 1,034 milyard ABŞ dollarına çatıb. Ötən ay Türkiyədən ən çox taxıl, paxlalılar, yağlı toxumları və onun məhsulları idxalını İraq (173 milyon ABŞ dolları; illik müqayisədə 6,1 % çox), ABŞ (54,6 milyon ABŞ dolları; illik müqayisədə 20 % az), Suriya (46 milyon ABŞ dolları; illik müqayisədə 0,1 % az) həyata keçirib.

Digər xəbərlər