Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 134,753 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 % çoxdur.
Təkcə oktyabrda Türkiyə Azərbaycana 17,343 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 25,4 % çoxdur.
Hesabat dövründə Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 3 % azalaraq 9 milyard 740 milyon ABŞ dollarına, oktyabrda isə 11,9 % azalaraq 1,044 milyard ABŞ dollarına düşüb.