Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 5%-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 97,357 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 % çoxdur.

Təkcə iyulda Türkiyə Azərbaycana 11,182 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,2 % çoxdur.

7 ayda Türkiyənin taxıl, paxlalılar, yağl toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 5,1 % artaraq 7,118 milyard ABŞ dollarına, iyulda isə 9,4 % artaraq 1,03 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər