Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 72,484 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 % çoxdur.
Təkcə bu ilin iyun ayında isə Türkiyə Azərbaycana 10,047 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 13,7 % çoxdur.
Bu ilin ilk 6 ayında Türkiyənin ümumi taxıl, paxlalılar, yağlı toxumları və məhsulları ixracının dəyəri illik müqayisədə 31,5 % artaraq 5,446 milyard ABŞ dollarına, iyun ayında isə taxıl, paxlalılar, yağlı toxumları və məhsulları ixracının dəyəri 30,6 % artaraq 0,999 milyard ABŞ dollarına çatıb.