Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 14,285 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,2 % azdır.
Təkcə apreldə isə Türkiyə Azərbaycana 4,065 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 1,4 % azdır.
4 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 1 % artaraq 1 milyard 403 milyon ABŞ dollarına, apreldə isə 16,4 % artaraq 389,375 milyon ABŞ dollarına çatıb.