Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 4,693 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Hesabata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % çoxdur.
Yanvar ayında Türkiyənin ümumi sement, şüşə, keramika və torpaq məmulatları ixracının dəyəri illik müqayisədə 2,2 % artaraq 361,385 milyon ABŞ dollarına çatıb.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Türkiyədən 52,412 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib ki, bu da, illik müqayisədə 22,8 % çoxdur