Azərbaycan Türkiyədən sement idxalına çəkdiyi xərci açıqlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 16,096 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,5 % azdır.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 4,125 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,9 % azdır.

4 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 7,9 % azalaraq 1 milyard 406 milyon ABŞ dollarına, apreldə isə 9,2 % azalaraq 339 milyon ABŞ dollarına düşüb.

Digər xəbərlər