Bu ilin I rübündə Türkiyədən Azərbaycana 11 milyon 971 min ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məhsulları ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 % azdır.
Təkcə martda isə Azərbaycan Türkiyədən 3 milyon 757 min ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məhsulları idxal edib ki, bu da 1 il əvvələ nisbətən 7,8 % azdır.