Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 34,498 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 % çoxdur.
Təkcə avqustda isə Türkiyə Azərbaycana 5,4 milyon dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 35,8 % çoxdur.
8 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 8,4 % azalaraq 2 milyard 889,577 milyon ABŞ dollarına, avqustda isə 7,8 % azalaraq 364 milyon ABŞ dollarına enib.