Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 29,172 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 % çoxdur.
Təkcə iyulda isə Türkiyə Azərbaycana 4,322 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 33,4 % çoxdur.
7 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 7,6 % azalaraq 2 milyard 550,757 milyon ABŞ dollarına, iyulda isə 4,1 % artaraq 387 milyon ABŞ dollarına çatıb.