Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 18,078 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,3 % azdır.
Təkcə mayda Türkiyə Azərbaycana 3,793 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 27,9 % azdır.
5 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 0,4 % artaraq 1 milyard 817 milyon ABŞ dollarına, mayda isə 0,9 % azalaraq 415,663 milyon ABŞ dollarına enib.