Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 24,907 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,4 % azdır.
Təkcə iyulda Türkiyə Azərbaycana 2,931 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 31,7 % azdır.
7 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 3,4 % artaraq 2 milyard 609 milyon ABŞ dollarına, iyulda isə 12,7 % artaraq 429,891 milyon ABŞ dollarına artıb.