Bu ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana 2 milyon 219 min ABŞ dolları dəyərində quru meyvə ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 8 % azdır.
Təkcə iyulda isə Azərbaycana Türkiyədən 380 min ABŞ dolları dəyərində quru meyvə gətirilib ki, bu da illik müqayisədə 6,9 % çoxdur.