Bu ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana 2 milyon 280 min ABŞ dolları dəyərində quru meyvə və məhsulları ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 22 % çoxdur.
Həmçinin cari ilin aprelində Türkiyədən ölkəmizə gətirilən quru meyvə və məhsullarının dəyəri 314 min ABŞ dolları olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 10,1 % artım deməkdir.