Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 82,424 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.
Təkcə avqust ayında Türkiyə Azərbaycana 11,002 milyon ABŞ dolları dəyərində qara və əlvan metalları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 7,3 % çoxdur.
8 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 13,7 % azalaraq 8,563 milyard ABŞ dollara, avqust ayında isə 5,7 % azalaraq 1,067 milyard ABŞ dollarına düşüb.