Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 55,775 milyon ABŞ dolları dəyərində polad idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % çoxdur.
Təkcə iyulda Türkiyə Azərbaycana 10,856 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 39,4 % çoxdur.
Türkiyənin 7 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 3,1 % artaraq 9 milyard 615 milyon ABŞ dolları, iyulda isə 3,2 % azalaraq 1 milyard 370 milyon ABŞ dolları olub.