Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 5 %-dən çox azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 29,286 milyon ABŞ dolları dəyərində polad idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 % azdır.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 6,67 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 9,3 % çoxdur.

Türkiyənin 4 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 3,5 % artaraq 5 milyard 332 milyon ABŞ dolları, apreldə isə 9,6 % azalaraq 1 milyard 306 milyon ABŞ dolları olub.

Digər xəbərlər