Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 10,096 milyon ABŞ dolları dəyərində polad idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,2 % azdır.
Yanvarda Türkiyənin ümumi polad ixracının dəyəri illik müqayisədə 31,3 % azalaraq 1,115 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Türkiyədən 134,602 milyon ABŞ dolları dəyərində polad idxal edib ki, bu da, illik müqayisədə 22,6 % çoxdur.