Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 22 % azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 44 milyon 735 min ABŞ dolları dəyərində polad idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % azdır.

Həmçinin cari ilin iyun ayında isə Türkiyə Azərbaycana 5 milyon 263 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 44,2 % azalma deməkdir.

Türkiyənin 6 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 10,6 % artaraq 7 milyard 937 milyon ABŞ dollarına, mayda isə 0,7 % artaraq 1 milyard 323 milyon ABŞ dollarına çatıb.

Digər xəbərlər