Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 30,899 milyon ABŞ dolları dəyərində polad idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,4 % azdır.
Təkcə apreldə isə Türkiyə Azərbaycana 6,101 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 38,8 % azdır.
4 ayda Türkiyənin polad ixracının ümumi dəyəri illik müqayisədə 12 % artaraq 5,169 milyard ABŞ dollarına, apreldə isə 13,6 % artaraq 1,208 milyard ABŞ dollarına çatıb.