Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 39,472 milyon ABŞ dolları dəyərində polad idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 % azdır.
Təkcə mayda isə Türkiyə Azərbaycana 8,576 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12 % azdır.
5 ayda Türkiyənin polad ixracının ümumi dəyəri illik müqayisədə 13 % artaraq 6,626 milyard ABŞ dollarına, mayda isə 17,3 % artaraq 1,466 milyard ABŞ dollarına çatıb.