Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 82,93 milyon ABŞ dolları dəyərində polad idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 % azdır.
Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 11,26 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,1 % çoxdur.
Türkiyənin 10 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 9 % artaraq 13 milyard 463 milyon ABŞ dollarına çatıb, oktyabrda isə 4,3 % azalaraq 1 milyard 259 milyon ABŞ dollarına düşüb.