Azərbaycan Türkiyədən ötən il 150 mln dollarlıq mebel və meşə məhsulları idxal edib

2022-ci ildə Azərbaycan Türkiyədən 149,705 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 4,9 % çoxdur.

Təkcə ötən ilin dekabr ayında Türkiyə Azərbaycana 14,092 milyon ABŞ dollarlıq mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 3,7 % çoxdur.

Ötən il Türkiyənin ümumi mebel, kağız və meşə məhsullarının ixracının dəyəri illik müqayisədə 20,8 % artaraq 8,441 milyard ABŞ dollarına, dekabr ayında isə 6,3 % artaraq 0,758 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər