Azərbaycan Türkiyədən meyvə və tərəvəz idxalına çəkdiyi xərci 10% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 6,95 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % çoxdur.

Təkcə bu ilin may ayında isə Türkiyə Azərbaycana 1,9 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 30 % çoxdur.

Bu ilin ilk 5 ayında Türkiyənin ümumi meyvə və tərəvəz məhsulları ixracının dəyəri illik müqayisədə 30,9 % artaraq 971 milyon ABŞ dollarına, may ayında isə bu məhsulların ixracından qazancı 9,4 % artaraq 158 milyon ABŞ dollarına çatıb.

Digər xəbərlər