Azərbaycan Türkiyədən metal idxalını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 49,946 milyon ABŞ dolları dəyərində qara və əlvan metalları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 % çoxdur.

Təkcə bu ilin may ayında isə Türkiyə Azərbaycana 9,928 milyon ABŞ dollarlıq qara və əlvan metalları ixrac edib ki, bu da, illik müqayisədə 25,7 % çoxdur.

Bu ilin ilk 5 ayında Türkiyənin ümumi qara və əlvan metalları ixracının dəyəri illik müqayisədə 42,1 % artaraq 6,473 milyard ABŞ dollara, may ayında isə bu metalların ixracının dəyəri 24,6 % artaraq 1,168 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər