Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 89,469 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 % çoxdur.
Təkcə avqust ayında Türkiyə Azərbaycana 13,322 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 21,1 % çoxdur.
8 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 3,6 % azalaraq 8,246 milyard ABŞ dolları, avqust ayında isə 1,5 % artaraq 1,081 milyard ABŞ dolları olub.