Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 3,341 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,8 % çoxdur.
Təkcə martda isə Türkiyə Azərbaycana 1,16 milyon ABŞ dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da illik müqayisədə 32,5 % çoxdur.
I rübdə Türkiyənin mədən sənayesi məhsullarının ixracının ümumi dəyəri illik müqayisədə 13,2 % azalaraq 1,324 milyard ABŞ dollarına, mart ayında isə 12,8 % azalaraq 0,483 milyard ABŞ dollarına düşüb.