Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 6,338 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 % azdır.
Təkcə iyulda isə Türkiyə Azərbaycana 844 min dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 51,6 % azdır.
7 ayda Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,8 % artaraq 3,437 milyard ABŞ dollarına, iyulda isə 0,5 % artaraq 572 milyon ABŞ dollarına çatıb.