Azərbaycan Türkiyədən mebel, kağız və meşə məhsullarının idxalına çəkdiyi xərci cüzi azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 128,254 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.

Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 15,017 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 35,2 % çoxdur.

Hesabat dövründə Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1,5 % azalaraq 6 milyard 517 milyon ABŞ dollarına düşüb, oktyabrda isə 2,2 % artaraq 691 milyon ABŞ dollarına çatıb.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34