Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 66,968 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 % azdır.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 13,437 milyon ABŞ dollarlıq mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4,3 % çoxdur.
Hesabat dövründə Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,5 % azalaraq 3 milyard 798 milyon ABŞ dollarına, iyunda isə 17,7 % azalaraq 546 milyon ABŞ dollarına düşüb.