Azərbaycan Türkiyədən mebel, kağız və meşə məhsullarının alışını azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 8,5 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrünə nisbətən 29,7 % azdır. Türkiyənin Azərbaycana kimyəvi maddələr və məhsullar ixracı ümumi ixracının 5,8 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi mebel, kağız və meşə məhsulları ixracının dəyəri illik müqayisədə 3,2 % azalaraq 0,603 milyard ABŞ dollarına çatıb. Ötən ay Türkiyədən ən çox mebel, kağız və meşə məhsulları idxalını İraq (89,4 milyon ABŞ dolları; illik müqayisədə 17,5 % çox), ABŞ (29,6 milyon ABŞ dolları; illik müqayisədə 53,8 % çox) və Böyük Britaniya (29 milyon ABŞ dolları; illik müqayisədə 16,1 % az) həyata keçirib.

Digər xəbərlər