Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 39,331 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,6 % azdır.
Təkcə apreldə Türkiyə Azərbaycana 10,799 milyon ABŞ dollarlıq mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,6 % azdır.
Hesabat dövründə Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,5 % azalaraq 2 milyard 518,6 milyon ABŞ dollarına, apreldə isə 6,5 % azalaraq 586 milyon ABŞ dollarına enib.