Ötən il Azərbaycan Türkiyədən 151,715 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni göstəricisi ilə müqayisədə 1,7 % azdır.
Təkcə dekabrda isə Türkiyə Azərbaycana 12,809 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,1 % azdır.
Hesabat dövründə Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1 % azalaraq 7 milyard 895 milyon ABŞ dollarına, dekabrda isə 5,2 % artaraq 710 milyon ABŞ dollarına çatıb.