Azərbaycan Türkiyədən kimyəvi maddələrin idxalına çəkdiyi xərci 9% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 208,380 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,9% çoxdur.

Təkcə mayda isə Türkiyə Azərbaycana 46,875 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da illik müqayisədə 14,5 % çoxdur.

5 ayda Türkiyənin kimyəvi maddələr və məhsulları ixracının ümumi dəyəri 1 il əvvələ nisbətən 10,5 % azalaraq 12,266 milyard ABŞ dollarına, təkcə may ayında isə bu məhsulların ixracının dəyəri 12 % azalaraq 2,453 milyard ABŞ dollarına düşüb.

Digər xəbərlər