Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 35,7 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsullar idxal edib.
“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 6 % azdır. Türkiyənin Azərbaycana kimyəvi maddələr və məhsullar ixracı ümumi ixracının 24,5 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi kimyəvi maddələr və məhsullar ixracının dəyəri illik müqayisədə 2 % artaraq 2,346 milyard ABŞ dollarına çatıb. Ötən ay Türkiyədən ən çox kimyəvi maddələr və məhsullar idxalını Hollandiya (143 milyon ABŞ dolları; illik müqayisədə 11,1 % çox), ABŞ (139,6 milyon ABŞ dolları; illik müqayisədə 66,4 % çox) və İtaliya (128,7 milyon ABŞ dolları; illik müqayisədə 62,6 % çox) həyata keçirib.