Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 251,920 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 % çoxdur.
Təkcə iyunda Türkiyə Azərbaycana 37,743 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 3,8 % azdır.
Hesabat dövründə Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 7,9 % artaraq 15 milyard 816 milyon ABŞ dollarına, iyunda isə 6,5 % azalaraq 2 milyard 229 milyon ABŞ dollarına çatıb.