2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,7 milyon ABŞ dolları dəyərində 1 011 ton karp balığı (təzə və dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 24 % azdır.
Hesabat dövründə Rusiyadan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 37 % çoxdur) 772 ton (+21 %), İrandan 553 min ABŞ dolları dəyərində (-65 %) 238 ton (-65 %) və Türkiyədən 0,01 min ABŞ dolları dəyərində 0,45 ton məhsul alınıb.
Azərbaycan 9 il 6 aylıq fasilənin ardından Türkiyədən karp balığının idxalını bərpa edib.