Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 35,59 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,1 % çoxdur.
Təkcə bu ilin iyul ayında isə Türkiyə Azərbaycana 6,169 milyon ABŞ dollarlıq geyim məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 67,3 % çoxdur.
Bu ilin ilk 7 ayında Türkiyənin ümumi geyim məhsulları ixracının dəyəri illik müqayisədə 11,6 % artaraq 12,411 milyard ABŞ dollarına, iyul ayında isə geyim məhsulları ixracının dəyəri 4,1 % azalaraq 1,622 milyard ABŞ dollarına çatıb.