Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 8,792 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 148,3 % və ya 2,5 dəfə çoxdur.
Yanvarda Türkiyənin ümumi geyim məhsulları ixracının dəyəri illik müqayisədə 2,7 % artaraq 1,634 milyard ABŞ dollarına çatıb.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Türkiyədən 71,028 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib ki, bu da, illik müqayisədə 39,2 % çox olub.