Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 29,258 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 % azdır.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 3,334 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 45 % azdır.
6 ayda Türkiyənin geyim məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 12,8 % azalaraq 8,703 milyard ABŞ dollarına, iyunda isə 21,3 % azalaraq 1,299 milyard ABŞ dollarına düşüb.