Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 25,925 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22,9 % azdır.
Təkcə mayda isə Türkiyə Azərbaycana 5,305 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,1 % azdır.
5 ayda Türkiyənin geyim məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 11,1 % azalaraq 7,408 milyard ABŞ dollarına, mayda isə 0,1 % azalaraq 1,646 milyard ABŞ dollarına düşüb.