Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci 42 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 24,79 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,2 % çoxdur.

Təkcə bu ilin may ayında isə Türkiyə Azərbaycana 4,623 milyon ABŞ dollarlıq geyim məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 35,2 % çoxdur.

Bu ilin ilk 5 ayında Türkiyənin ümumi geyim məhsulları ixracının dəyəri illik müqayisədə 15,8 % artaraq 8,827 milyard ABŞ dollarına, may ayında isə geyim ixracı 3 % artaraq 1,339 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər