Ötən il Azərbaycan Türkiyədən 62,115 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 21,3 % azdır.
Təkcə dekabrda Türkiyə Azərbaycana 4,963 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,3 % azdır.
Ötən il Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,9 % azalaraq 17,92 milyard ABŞ dollarına, dekabrda isə 12,9 % azalaraq 1,263 milyard ABŞ dollarına enib.