Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci 16 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 63,852 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.

“Report” bu barədə Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,9 % çoxdur.

Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 6,874 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,9 % azdır.

10 ayda Türkiyənin geyim məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 8,3 % azalaraq 16,378 milyard ABŞ dollarına, oktyabrda isə 12 % azalaraq 1,497 milyard ABŞ dollarına düşüb.

Digər xəbərlər