2024-cü ilin yanvar-fevral ayında Türkiyədən Azərbaycana 31 min ABŞ dolları dəyərində fındıq və fındıq məhsulları ixracı olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 172,9 % artıb.
Həmçinin cari ilin fevralında Türkiyədən ölkəmizə 24 min ABŞ dolları dəyərində fındıq və fındıq məhsulları ixrac edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 434,9 % çoxdur.