Azərbaycan Türkiyədən elektrik və elektronika məhsullarının idxalına xərclərini xeyli artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 69,431 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,3 % çoxdur.

Təkcə bu ilin aprel ayında isə Türkiyə Azərbaycana 19,446 milyon ABŞ dollarlıq elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 41,6 % çoxdur.

Bu ilin ilk 4 ayında Türkiyənin ümumi elektrik və elektronika məhsullarının ixracının dəyəri illik müqayisədə 10,3 % artaraq 4,926 milyard ABŞ dollara, aprel ayında isə bu məhsulların ixracının dəyəri 12 % artaraq 1,401 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər